“Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması” mövzusunda təlim keçirilib

“Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması” mövzusunda təlim keçirilib
  • Clock-gray 10:45
  • calendar-gray 12 Noyabr 2019

Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin BMT-nin Miqrasiya Agentliyi və USAID-lə birgə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təlim təşkil edilib.

APA-nın məlumatına görə, təlim “Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması” mövzusunda təşkil olunub.

Təlim sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və fərdləri ekstremist cəlbolunmalara açıq edən fərdi həssaslıqları müəyyənləşdirmək məqsədi daşıyır. Təlim bu sahədə çalışan peşəkarları radikallaşmanın ilkin xəbərdaredici əlamətlərini erkən müəyyənləşdirmək və müvafiq addımlar atmaq məqsədi ilə inam formalaşdırmaq üçün zəruri olan bilik və əməli alətlərlə təmin edir.

Layihə çərçivəsində təlimdə “Ekstremist ideologiyanı anlamaq”, “Radikallaşmanın səbəbləri”, “Onlayn ekstremizm və propoqanda” və sair mövzularda çıxışlar dinlənilib.

Qeyd edək ki, təlim növbəti dəfə noyabrın 14-də Zaqatalada keçiriləcək.
 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date