AİBA 2021-ci ilin təqvimini qurmaqda çətinliklə üzləşib

AİBA 2021-ci ilin təqvimini qurmaqda çətinliklə üzləşib
  • Clock-gray 20:34
  • calendar-gray 27 Mart 2020

Beynəlxalq Boks Assosiasiyası (AİBA) 2021-ci ilin təqvimini formalaşdırmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarını gözləyir.

Apasport.az saytının məlumatına görə, AİBA yalnız Tokio-2020 Yay Olimpiya Oyunlarının tarixi dəqiqləşdikdən sonra öz təqvimini müəyyənləşdirə biləcək.

Bunu qurumun prezidenti vəzifəsini icra edən Mohammed Mustasan deyib. O bildirib ki, təqvimin qurulması çox çətin olacaq: “Olimpiya Oyunlarının koronavirus pandemiyası üzündən təxirə salınması gözlənilən idi. Amma bizim sponsor və şəhərlərlə 2021-ci ilin böyük turnirlərinin təşkili ilə bağlı müqavilələrimiz var. İndi ən vacib məsələ həmin yarışları olimpiya qrafikinə yerləşdirməkdir. Bu, təkcə yarışı qəbul edən şəhərləri deyil, hazırlığını planlaşdırmalı olan idmançıları da əhatə edən çətin prosesdir. Bu üzdən biz Olimpiya Oyunlarının tarixinin dəqiqləşməsini çox gözləyə bilmərik”.

Mustasan Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin sona çatdırılmayan Avropa Olimpiya Təsnifat Turniri barədə, yarış zamanı Türkiyə və Xorvatiyadan olan məşqçi və boksçuların koronavirusa yoluxması barədə də fikirlərini açıqlayıb: “Ümidvaram ki, onların durumu ağırlaşmayacaq və mümkün qədər tez sağalaraq karyeralarını davam etdirəcək. Mən tibbi komissiyadan xahiş etdim ki, Londondakı turnirdən sonra başqa yoluxma hallarının olub-olmamağını araşdırsın”.

Qeyd edək ki, təsnifat turniri zamanı Türkiyə millisində iki boksçu və bir məşqçi, Xorvatiya yığmasında isə iki məşqçi və bir boksçu koronavirusa yoluxub.

ApaSport

Digər xəbərlər