Azərbaycan güləşçisi Avropa çempionatının finalında uduzub

Azərbaycan güləşçisi Avropa çempionatının finalında uduzub
  • Clock-gray 23:02
  • calendar-gray 14 Fevral 2020

Azərbaycan güləşçisi Elis Manolova İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Apasport.az saytının məlumatına görə, 65 kq çəki dərəcəsində qüvvəsini sınayan milliləşdirilmiş bolqarıstanlı finalda həmyerlisi Mimi Nikolova Xristova ilə bacarmayıb.

Qitə birinciliyində ardıcıl 3 dəfə finala çıxan güləşçimiz ikinci dəfə məğlubiyyət acısı yaşayıb. O, 3:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Üçüncü yer uğrunda qarşılaşmada isə Tatyana Omelçenko (62 kq) qələbə qazanıb. Veranika İvanova (Belarus) ilə üz-üzə gələn təmsilçimiz 4:0 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub. 

Ondan fərqli, Alyona Kolesnik 3-cü yer uğrunda görüşdə belaruslu İrina Kuraçkinaya 1:4 hesabı ilə uduzub və 5-ci pilləni tutub. 

Beləliklə, qadın güləşçilərdən ibarət Azərbaycan Avropa çempionatını başa vurub. 8 idmançı ilə qatıldığımız yarışda təmsilçilərimiz 1 gümüş və 1 bürünc medala sahib olub. 

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Sərbəst güləş üzrə komandamızın heyətində isə Ağahüseyn Mustafayev (70 kq) finala yüksəlib, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Çempionat fevralın 16-da bitəcək. 

 

ApaSport

Digər xəbərlər