Azərbaycan güləşçisi erməni rəqibi üzərində əzmkar qələbə qazanıb

Azərbaycan güləşçisi erməni rəqibi üzərində əzmkar qələbə qazanıb
  • Clock-gray 15:07
  • calendar-gray 14 Fevral 2020

Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı üstələyib.

Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə qalib gələn Mustafayev 1/8 final yüksəlib.

Güləşçimiz növbəti mərhələdə Belarus təmsilçisi Viktor Sereda ilə qarşılaşacaq.

 

ApaSport

Digər xəbərlər

Arxiv

date