Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib
  • Clock-gray 17:41
  • calendar-gray 14 Fevral 2020

Azərbaycanın daha bir sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında erməni rəqibinə qalib gəlib. 

Apasport.az saytının məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov üçüncü görüşündə Ermənistan idmançısı Arman Avaqyan üzərində inamlı qələbə qazanıb. 

Nika Kentçadze (Gürcüstan) və Omaraskab Nazmundinovu (Rumıniya) məğlub edən üçqat Avropa çempionu 1/4 finalda da uğurlu seriyanı davam etdirib. O, bu dəfə erməni idmançısına qalib gəlib - 8:4. Bu qələbə millimizin kapitanını yarımfinala daşıyıb.

Qeyd edək ki, Ağahüseyn Mustafayev (70 kq) də bu gün təsnifat mərhələsində erməni Gevorq Mxeyandan üstün olub.

 

ApaSport

Digər xəbərlər