Rüstəm Orucov: “2021-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün daha güclü olacağam”

Rüstəm Orucov: “2021-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün daha güclü olacağam”
  • Clock-gray 10:43
  • calendar-gray 26 Mart 2020

“Dünyada koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucova məxsusdur.

Dörd il əvvəl Rio-de-Janeyro Olimpiadasının gümüş medalını qazanan idmançı Tokio-2020-nin koronavirus pandemiyası üzündən təxirə salınmasına münasibət bildirib. Orucov sosial şəbəkədəki paylaşımında indiki durumda insanların sağlamlığının daha vacib olduğunu önə çəkib: “Tezliklə hər şeyin yaxşı olacağına ümid edirəm. Düşüncələrimiz və dualarımız koronavirusdan zərər çəkmiş insanlarla olur. Tanrı hamınızı qorusun! Əlbəttə, 2021-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün daha güclü olacağam”.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 Yay Olimpiya Oyunları 2021-ci ilədək təxirə salınıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date