Boks üzrə Azərbaycan çempionatında 29 komanda iştirak edəcək

Boks üzrə Azərbaycan çempionatında 29 komanda iştirak edəcək
  • Clock-gray 13:30
  • calendar-gray 22 Noyabr 2019

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq. 

Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date