"Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb

"Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb
  • Clock-gray 11:43
  • calendar-gray 19 Dekabr 2019

"Şərq-Qərb" nəşriyyatında Əməkdar elm xadimi Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb.  

Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının APA-ya verdiyi məlumata görə, kitab nəsimişünaslar və oxucular tərəfindən böyük maraqla qarşılanacaq: “Çünki bu nəşr şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlara, xüsusən də onun edamı və "dönüklüyü" məsələsinə yeni rakursdan yanaşma ilə diqqət çəkir. Professor Qəzənfər Paşayev kitabında elm aləmi üçün yeni olan bir çox məsələdən söz açır”.  

Kitabda "Nəsimi: edamdan sonrakı həyat", "Nəsimi obrazı bədii ədəbiyyatda", "Bədii fikir tariximizdə Nəsimi zirvəsi", "Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatlan", "Nəsimi irsinin tədqiqində yeni mərhələ" məqalələri tamamilə yeni elmi qənaətləri əks etdirir. 

N.Cabbarlının sözlərinə görə, kitabda ən maraqlı məqamlardan biri Nəsiminin edamı ilə bağlı din xadimlərinin fətva vermədiyi qənaətinin irəli sürülməsidir: “Halbuki bu məsələ ilə bağlı indiyə qədər irəli sürülən fərziyyə tamamilə fərqli idi. Bu səbəbdən və bir çox başqa məqamlara işıq saldığı üçün inanırıq ki, monoqrafiya oxucu və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq”.  

Ktaba həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilib. Kitabın ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçisi akademik Möhsün Nağısoyludur.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date