Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında dezinfeksiya işləri aparılır

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında dezinfeksiya işləri aparılır
  • Clock-gray 11:28
  • calendar-gray 10 Mart 2020

“Koronavirus təhlükəsi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanasında da müəyyən işlər həyata keçirilir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Kitabxanasından bildirilib.

Qeyd olunub ki, martın 8-də Milli Kitabxana tamamilə bağlanaraq tam şəkildə profilaktik dezinfeksiya tədbirləri həyata keçirilib: “Hər gün bir neçə dəfə bütün zallarda, dəhlizlərdə, giriş qapılarında və sanitar qovşaqlarında dezinfeksiya işləri aparılır. Mədəniyyət Nazirliyinin müvafiq tapşırığına əsasən, martın 3-dən kitabxanada bütün kütləvi tədbirlərin keçirilməsi müəyyən vaxtadək təxirə salınıb. Milli Kitabxananın bağlanması barədə isə heç bir göstəriş verilməyib”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date