Yazıçı Kristofer Tolkin vəfat edib

Yazıçı Kristofer Tolkin vəfat edib
  • Clock-gray 00:13
  • calendar-gray 17 Yanvar 2020

 

İngilis yazıçı Con Tolkinin oğlu, yazıçı və linqvist Kristofer Tolkin 96 yaşında Fransada vəfat edib. 

APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, "Üzüklərin hökmdarı" trilogiyasının müəllifinin üçüncü oğlu olan K.Tolkin atasının ölümündən sonra onun kitablarının çapı ilə məşğul olub. 

Kristoferin sayəsində oxucular C.Tolkinin bütün irsi ilə tanış ola biliblər. 

Bundan başqa o, atasının "Silmarillion" adlı yarımçıq romanını tamamlayıb və 12 cildlik "Ortadünyanın tarixi" adlı əsər yazıb. 

K.Tolkin məhkəməyə yolu ilə "Üzüklərin hökmdarı" haqqında çəkilən trilogiyanı qadağan etməyə çalışıb və sonra filmləri bəyənmədiyini bildirmişdi.

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər