
- apa.az
- Ədəbiyyat
Aida İmanquliyevaya həsr olunmuş kitab və elektron məlumat bazası təqdim edilib
Noyabrın 5-də Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil olunub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Aida İmanquliyevanın həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. Professor bildirib ki, görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 80 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilən biblioqrafiyada “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərindən müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri verilib. Biblioqrafik vəsaitdə Aida İmanquliyevanın əsərləri – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə alimin həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən materiallar – kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb.
K.Tahirov biblioqrafiyada ilk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələrinin də yer aldığını xüsusi qeyd edib. Professor çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının şərqşünas alimin zəngin elmi yaradıcılığının, ədəbi irsinin təbliğində böyük rolu olacağını və şərqşünaslar, ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün dəyərli mənbəyə çevriləcəyini bildirib.
Daha sonra görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Aida İmanquliyeva. Biblioqrafiya” kitabında və həmin kitabın əsasında hazırlanmış elektron məlumat bazasında toplanmış əsərlərin əsl informasiya mənbəyi kimi Aida İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi baxımdan səciyyəvi olduğunu bildirib. H.Hüseynovanın sözlərinə görə, Aida İmanquliyeva zəngin elmi fəaliyyəti ilə yanaşı, o, cəmiyyət üçün, Azərbaycanın ictimai-siyasi fəailyyətində xüsusi xidmətləri ilə seçilən ləyaqətli övladlar tərbiyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova çıxış edərək Aida İmanquliyevanın tərcüməçilik fəaliyyətindən, səmərəli pedaqoji fəaliyyətindən, elmi-təşkilati fəaliyyətində yüksəki ixtisaslı ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən söhbət açıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın filologiya doktoru, professor Aida İmanquliyevanın keçmiş sovet şərqşünaslığında Azərbaycan şərqşünaslıq məktəbinin yaranıb inkişafındakı xidmətlərindən söhbət açıb. G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatları və yazdığı əsərləri ilə nəinki keçmiş Sovetlər Birliyində, dünya miqyasında Azərbaycan Şərqşünaslığını layiqincə təmsil edib.
Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, BDU-nun Şərqşünaslıq fakultəsinin dekanı, professor Elxan Əzizov çıxış edərək şərqşünas alim Aida İmanquliyevanın zəngin elmi yaradıcılığından, elmi əsərlərindəki Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkülündən, ərəb məhcər ədəbiyyatının tədqiqindən söhbət açıblar.
Daha sonra gənc şair Sevindik Nəsiboğlu Aida İmanquliyevaya həsr etdiyi şeiri səsləndirib.
Sonda Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən tərəfindən hazırlanmış “Aida İmanquliyeva - 80” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.
Mirmehdi Ağaoğlu
Digər xəbərlər
XƏBƏR LENTİ
“Fənərbaxça” darmadağınla qalib gəlib
Abşeronda məktəbdə 17 yaşlı yeniyetmə bıçaqlanıb
Türkiyə XİN: “Jurnalistləri yaralayan fransız polislərə görə Fransa hökumətinə çağırış edirik” - FOTO
Bakıda dörd avtomobil toqquşub - FOTO
Bakıda avtomobil gənc oğlanı vuraraq qaçıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - YENİLƏNİB
Xaçmazda avtoqəzada ölən ikinci şəxsin də kimliyi məlum olub - YENİLƏNİB-1
Xocalıdan olan məcburi köçkünlər də ağacəkmə aksiyasında iştirak ediblər
Deputat Yevda Abramov dünyasını dəyişib
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
"Qarabağ" xal itirib
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-1
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər - YENİLƏNİB
Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
Sumqayıt sakini dəm qazından boğulub
Fiziki məhdudiyyətli insanların da iştirak etdiyi "Solğun sevgilər" tamaşasının premyerası olub
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
Azərbaycanla Gürcüstan arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq müzakirə edilib
Baş Nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Layçak: “ATƏT-in qərarlarını məcbur qəbul etdirmək kimi bir mexanizmi yoxdur"
Slovakiyada yaşayış binasında partlayış olub, 5 nəfər ölüb
ETSN: Ağacəkmə kampaniyasında Sabirabad, Şamaxı və İsmayıllı rayonları daha fəal iştirak edib
Nazir müavini: "Aksiyada əkilən ağacların sayı 650 mini keçib"
Nazirlik: Ağacəkmə aksiyasında mədəniyyət müəssisələri yaxından iştirak edir
İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır
Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
“Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib
Qaçqın və məcburi köçkünlər arasında gender zorakılığının qarşısının alınmasına dair layihə həyata keçirilir
Albaniya Baş Naziri: "Uzadılmış münaqişələrin həlli istiqamətində səylər gündəliyimizin əsasını təşkil edəcək"
Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə renkinqi
Azərbaycanın ən güclü sərbəst güləşçiləri müəyyənləşib
Brüsseldə Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz edilib
“Azercell”in "Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
OPEC+ ölkələri neft hasilatını bir qədər də azaldacaq
BFB-nin dövriyyəsi 4% azalıb
Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
Qorxmaz Hüseynov: Ermənistanla yaranmış münaqişə Azərbaycanı bəzi yerli su mənbələrindən məhrum edib
İstirahət günləri üçün hava proqnozu
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs tutulub - FOTO
Sergey Lavrov ABŞ-a səfər edəcək
"Bakutel 2019" sərgisində "Danışan məktub" filminin tiflo və surdo şərhli versiyası təqdim olunub
Almaniya Auşvitz düşərgəsinin restavrasiyası üçün 60 milyon avro ayıracaq
Səbaildə 4800 növ ağac əkilib
“Çelsi”nin transfer qadağası ləğv edilib
"Fitch": Gələn il ABŞ, Çin və Avrozonada iqtisadi artım yavaşlayacaq - PROQNOZ
Azərbaycanda "Hökumət buludu"nun arxitekturası hazırlanıb
FİFA siyahısından çıxarılan azərbaycanlı hakim karyerasını başa vurub
Sumqayıtda ağacəkmə kampaniyası keçirilib - FOTO
Keniyada bina çöküb, 2 nəfər ölüb

VİDEO XƏBƏRLƏR


Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
