
- apa.az
- Ədəbiyyat
Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirilib
Noyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin yeni işıq üzü görən kitablarının təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, MədəniMədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə görkəmli yazıçının “Baş” romanı, “Qırx beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər” və “Mənə niyə gülürlər” kitabları təqdim olunub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ədibin yaradıcılığı haqqında danışıb. Yazıçının əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov bildirib ki, onun bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: “Elçin Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər buraxan, çağdaş ədəbiyyatın ən tanınmış simalarındandır. Bu gün onun dörd kitabının təqdimat mərasiminə toplaşmışıq. Elçinin qəhrəmanları ona görə sevilir ki, onlar real həyatdan götürülmüş obrazlardır. Onun bir neçə əsəri səhnəyə qoyulub, filmlər çəkilib. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində Elçin yaradıcılığının rolu böyükdür”.
Mədəniyyət naziri Əbülfəs Qarayev yazıçının əsərlərinin nəşrini ədəbiyyatımıza böyük töhfə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, kitablardan bir neçəsi yazıçının yubileyi ərəfəsində nazirliyin dəstəyi ilə çap olunub: “Bu kitablar arasında son vaxtlar böyük müzakirəyə səbəb olan “Başı” romanının xüsusi yeri var. Elçin müəllim Azərbaycanın ədəbiyyat mənzərəsində İlyas Əfəndiyevin davamçısı kimi dərin iz qoyub. Son illər yazıçının müraciət etdiyi mövzular cəmiyyətimizin, xalqımızın özünüdərkinə mühüm töhfədir. Düşünürəm ki, sovetlər dövründə, eləcə də müstəqilliyə keçid mərhələsində Azərbaycan xalqının üzləşdiyi problemlərin ədəbi düşüncədə təhlilini vermək çox çətindir. Bu mürəkkəb mənzərəni gözümüz önündə canlandıran müəlliflərdən biri də Xalq yazıçısı Elçindir. O, yaşadığı bütün dövrləri nəsr əsərlərində, dramaturgiyasında əks etdirərək gələcək nəsillərə ötürə bilib. Elçin müəllim bu hadisələri yazıçı fantaziyasına uyğun olaraq reallıqla birləşdirərək bizə təqdim edir”.
Əbülfəs Qarayev Elçinin Azərbaycan mədəniyyətinə, elminə də öz töhfəsini verdiyini bildirib: “Uzun illər ərzində o, yüksək vəzifələrdə çalışsa da, heç zaman yaradıcılıqdan uzaqlaşmayıb. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. Bu gün onun əsərləri Azərbaycanla yanaşı, dünyada da tanınır, sevilir. Bu keyfiyyətləri ilə o, gənc yazarlar üçün bir nümunədir”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Elçinin yaradıcılığı və insani keyfiyyətləri barədə söz açıb. Vurğulayıb ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir. Anar yazıçının “Baş romanını müasir ədəbiyyatımızın nailiyyətlərindən biri kimi dəyərləndirib. Dediyinə görə, üz tutduğu bütün janrlarda uğurlu bədii nümunələr yaradan müəllif bu əsərlərdə dövrün mühüm problemlərini əks etdirib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun dediyinə görə, Elçinin hər bir kitabının təqdimatı ədəbi hadisədir. Azərbaycan ədəbiyyatşünaslığında Elçinin tənqidi məqalələrinin xüsusi yeri var. Onun tənqidlərinin mükəmməl səviyyədə alınması peşəkar yazıçılığından irəli gəlir. Bu əsərlər eyni zamanda Azərbaycan mənəviyyatının, təfəkkürünün təkamülünə xidmət edir. Yazıçının bütün janrlara müraciətinə səbəb onun vətəndaşlıq borcu, ədəbiyyata sevgi və sədaqətinin rəmzidir.
A.Məsud bildirib ki, Tərcümə Mərkəzi Elçinin əsərlərinə böyük maraq göstəri: "Bundan sonra da onun əsərlərinin başqa dillərə çevrilməsi istiqamətindəki layihələrimiz davam edəcək”.
Daha sonra yazıçının yaradıcılığına həsr edilmiş qısa film nümayiş olunub. Akademik Nizami Cəfərov çıxış edərək ədibin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb. Bildirdiyinə görə, Elçinin yaradıcılığı yeni ədəbiyyatşünaslar üçün açıq məktəbdir. O, həyatı olduğu kimi yazır, Azərbaycan fəlsəfi düşüncəsini olduğu kimi nümayiş etdirir. Bir sənətkar kimi Elçinin başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, ədəbi fikrin adi həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun rəhbəri Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, professor Nizami Məmmədov, tənqidçi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova Elçini müasir Azərbaycan ədəbiyyatının dünyaya çıxışlarından biri kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, o, dünya, insan problemlərini təhlil edən, fəlsəfi məzmunu daha geniş olan əsərlər yazır. Eyni zamanda o, böyük ədəbiyyatşünas və mütəfəkkirdir. Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə sevilə-sevilə oxunur, əldən-ələ gəzərək bugünkü və gələcək nəsillər arasında mənəvi körpü yaradır.
Qeyd olunub ki, Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir. Ədib yaşadığı dövrün paradokslarını ustalıqla incələyir, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurmaqla geniş oxucu rəğbəti qazanır. Onun əsərlərinin qəhrəmanları öz mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları ilə olduqca təbiidirlər.
Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası təqdim edilib. Məlumat bazasında Xalq yazıçısı Elçinin həyat və yaradıcılığı, əsərləri, televiziya tamaşaları, dram əsərləri, əsərlərinə çəkilmiş filmlər, görkəmli şəxsiyyətlərin Elçin haqqında fikirləri, həmçinin yazıçının elmi-publisistik məqalələri yer alıb.
Tədbirin sonunda Xalq yazıçısı Elçin kitablarının ərsəyə gəlməsinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Milli Kitabxananı mədəniyyət və mənəviyyat mərkəzi kimi dəyərləndirən yazıçı fəaliyyətinə olan diqqəti onun şəxsi yaradıcılığına deyil, ədəbi məktəbimizə sevginin ifadəsi kimi dəyərləndirib.
Sonda tədbir iştirakçıları ədibin yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.
Mirmehdi Ağaoğlu
Digər xəbərlər
XƏBƏR LENTİ
Prezident İlham Əliyev Şamaxıya səfər edib
Bakının Abbasqulu Abbaszadə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib
Qulam İsakzai: "Azərbaycandakı könüllülərin enerjisini görməkdən çox məmnunam”
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üçün komissiya yaradılıb
Azərbaycanda bank müştərilərinin kredit hesabları ilin əvvəlindən 5% artıb
Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görülüb
DİN-in polkovniki təqaüdə göndərilib
Dolların sabahkı məzənnəsi açıqlanıb
Prokuror kafe sahibini öldürənə cəza istəyib
Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
Xəzər rayonunda yolların yenidən qurulması üçün 11,8 milyon manat ayrılıb
FAO: Dünya ərzaq qiymətləri ikiillik maksimumuna çatıb
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Rafael Dadaşov palataya köçürülüb
Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək
Növbədənkənar parlament seçkiləri: İslahatlar dalğasında mühüm bənd - ŞƏRH
Abşeronda antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlanıb
Salyanda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib
ATƏT-ə sədrliyi dövründə Albaniyanın prioritetləri açıqlanıb
Ağdaşda kanalda batan kişinin meyiti tapılıb - YENİLƏNİB
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Rusiyanın avtomobil bazarı noyabrda 6,4% azalıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
Prezident İlham Əliyev parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb
FHN: Bakıda özünü yandırmaq istəyən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib
Azərbaycanda xarici valyutada problemli kreditlərin həcmi 25% azalıb
Qaxda bal emalı müəssisəsi açılıb
Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO
Azərbaycan XİN başçısı: “Mnatsakanyana məsləhət görərdim ki, Helsinki Yekun Aktını bir də oxusun”
Azərbaycan gimnastları Dünya Yaş Qrupu Yarışlarında gümüş medal qazanıb
Azərbaycan siyasətində yeni xətt - TƏHLİL
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
Vilayət Eyvazov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib
İsa Həbibbəyli: “AMEA-da ixtisarlar nəzərdə tutulur”
Bakıda 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər tutulub
Bakıda maşın iki piyadanı vurub, ölən var - YENİLƏNİB
Lavrov: “Soyuq müharibə”dən sonra NATO və Rusiya arasında gərginlik bu həddə olmayıb”
Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarının cədvəli açıqlanıb
Şenol Günəş Bakıya gəlib
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub
Dani Kintana “Qarabağ”da qalmaq istəyir
İcraçı direktor: “Xaricdə təhsillə bağlı proqramın davam etdirilməsi nəzərdə tutulur”
Daşkəsəndə 16, Sarıbaşda 11 sm hündürlüyündə qar yağıb
Gələn il Bakıda 2, regionlarda isə 1 "ASAN xidmət" mərkəzi açılacaq

VİDEO XƏBƏRLƏR


Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEO

Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
