“Arsenal” fransalı müdafiəçi ilə anlaşıb

“Arsenal” fransalı müdafiəçi ilə anlaşıb
  • Clock-gray 11:53
  • calendar-gray 18 Yanvar 2020

Fransanın PSJ klubunun futbolçusu Leyven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi “Arsenal”la anlaşıb.

Razılaşmaya əsasən, Kurzava yayda “topçular”a qoşulacaq. O, azad agent statusu ilə London klubunun futbolçusu olacaq.

Fransalı “Arsenal”la 5 illik müqavilə imzalayacaq. Keçidin əsas detallarını razılaşdıran tərəflər bonuslarla bağlı danışıqlar aparır.

Qeyd edək ki, Kurzava bir müddət öncə İtaliya “İnter”inin təklifini imtina ilə cavablandırıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date