AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
  • Clock-gray 19:57
  • calendar-gray 06 Dekabr 2019

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığıncaq dekabrın 13-də keçiriləcək.

Qurumun inzibati binasında baş tutacaq tədbir saat 10:00-da başlayacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
6. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
10. “Elit Məşq” kitabı ilə bağlı məlumat
11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

ApaSport

Digər xəbərlər

Arxiv

date