Aftandil Hacıyev: “Essyenə 60 dəqiqə oynamaq da çoxdur”

Aftandil Hacıyev: “Essyenə 60 dəqiqə oynamaq da çoxdur”
  • Clock-gray 13:34
  • calendar-gray 14 Fevral 2020

“Essyen çox təcrübəli futbolçudur. Komandaya böyük fayda verir”.

Bunu apasport.az saytına açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

39 yaşlı mütəxəssis komandanın yarımmüdafiəçisi Maykl Essyenin mövsümün ikinci yarısında sərgilədiyi oyunu müsbət dəyərləndirib. Lakin Hacıyev qanalı ulduz futbolçunun matçların gedişində əvəzləməsinə də aydınlıq gətirib. O, bildirib ki, sabiq “Çelsi”li hələ tam hazır deyil: “Qış fasiləsindən sonrakı iki oyunda Essyenə təxminən 70 dəqiqə şans verdik. İnanın ki, onun üçün nəinki 90, hətta 60-70 dəqiqə də çoxdur. Hazırlıq keçib, heç olmasa bir hissə oynamağa gücü çatır. Sadəcə, matçın qırılma nöqtələri var ki, həmin anda əvəzləmək istəmirik. Nə qədər bacarırsa, meydanda saxlayırıq. Görüşün gedişində nə qədər meydanda qalmasına vəziyyətə uyğun qərar veririk. Demək olar ki, il yarım oyun praktikası olmayıb. 90 dəqiqə meydanda olmaq üçün həmin boşluğu aradan qaldırmaq lazımdır. Ola bilsin ki, yavaş-yavaş düzəlsin. Yaş amilinin də təsiri ola bilər”.

Qeyd edək ki, Maykl Essyen mövsümün ikinci yarısında “Qarabağ” (0:1) və “Keşlə” (1:0) ilə görüşlərdə 72 dəqiqə meydanda olub.

ApaSport

Digər xəbərlər