Almaniya Bundesliqasının son iştirakçısı bilinib

Almaniya Bundesliqasının son iştirakçısı bilinib
  • Clock-gray 00:33
  • calendar-gray 07 İyul 2020

Almaniya Bundesliqasında 2020/21 mövsümündə iştirak edəcək son klubun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Bundesliqaya vəsiqə uğrunda pley-offun cavab oyunu keçirilib.

Elitanı 16-cı pillədə başa vuran "Verder" Bundesliqa II-də 3-cü yeri tutan "Heydenheym"ə səfərdə qollu bərabərliyə imza ataraq, Bundesliqada qalmağı bacarıb. Bu komandalar arasında Bremendəki ilk matçda qolsuz heç-heçə qeydə alınıb. "Verder" məhz səfər qolları sayəsində yüksək dəstədə qalıb.

Qeyd edək ki, Bundesliqa II-də ilk iki yeri tutan "Arminiya" və "Ştutqart" da elitada iştirak hüququ əldə edib. Bundesliqada mövsümü son yerlərdə bitirən "Fortuna" ilə "Paderborn" isə aşağı liqaya yuvarlanıb.

Almaniya Bundesliqası
Elitaya vəsiqə uğrunda pley-off, cavab oyunu
6 iyul
"Heydenheym" - "Verder" - 2:2
Kleyndienst, 85, 90+7 (pen.) - Terekauf, 4 (avtoqol); Auqustinsson, 90+4

ApaSport

Digər xəbərlər