Arda Turanın "Qalatasaray"a qayıdışı rəsmiləşib

Arda Turanın "Qalatasaray"a qayıdışı rəsmiləşib
  • Clock-gray 22:35
  • calendar-gray 05 Avqust 2020

Türkiyənin “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi sabiq futbolçusu Arda Turanla keçidini rəsmiləşdirib.

Son klubu “Başakşəhər” olan Turanla 1+1 illik müqavilə imzalanıb. Futbolçu “sarı-qırmızılar”ın heyətində 66 nömrəli forma ilə çıxış edəcək. O, hər oyun üçün 200 min Türkiyə lirəsi qazanacaq.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2004-11-ci illərdə də “Qalatasaray”da oynayıb.

ApaSport

Digər xəbərlər