Assosiasiyalara oyunların tarixini, çempion və aşağı dəstəyə yuvarlanan klubları müəyyənləşdirməyə icazə veriləcək

Assosiasiyalara oyunların tarixini, çempion və aşağı dəstəyə yuvarlanan klubları müəyyənləşdirməyə icazə veriləcək
  • Clock-gray 01:12
  • calendar-gray 31 Mart 2020

Assosiasiyalar milli turnirlərin tarixini müəyyənləşdirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın vitse-prezidenti Mikele Uva açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan daxili çempionat və kubok yarışlarının taleyinə ölkələrin özləri aydınlıq gətirməlidir: “Hər assosiasiya çempionatı ilə bağlı qərar verə, tarixləri, həmçinin aşağı və yuxarı dəstəyə keçən komandaları müəyyənləşdirə biləcək. UEFA bir tarix təyin edəcək ki, həmin vaxta qədər növbəti avrokubok mövsümündə oynamağa vəsiqə qazanan klubların siyahısı təqdim olunmalıdır”.

Qeyd edək ki, Belarus istisna olmaqla, UEFA-ya üzv olan bütün ölkələrdə daxili yarışlar dayandırılıb. Aprelin 1-də qitə futbol qurumu milli assosiasiyalarla videokonfrans təşkil edəcək. Hələlik növbəti avrokubok mövsümünün iyulda başlamalı olan təsnifat mərhələləri təxirə salınmayıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date