Avropa Liqası: “Başakşəhər” 1/8 finala yüksəlib, "Arsenal" mübarizəni dayandırıb

Avropa Liqası: “Başakşəhər” 1/8 finala yüksəlib, "Arsenal" mübarizəni dayandırıb
  • Clock-gray 02:34
  • calendar-gray 28 Fevral 2020

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri çərçivəsində daha 14 matç keçirilib.

Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Reyncers” klubunun ardınca 1/8 finala vəsiqə qazanan daha 14 komanda bəlli olub.

Azərbaycan təmsilçisinin olmadığı mərhələdə qonşu Türkiyənin avrokuboklardakı son komandası meydana çıxıb. “Başakşəhər” Portuqaliyada 1:3 hesabı ilə məğlub olduğu “Sportinq”dən bunun revanşını alıb. İstanbullular qarşılaşmaya əlavə edilmiş 30 dəqiqənin sonlarında penalti qolu sayəsində mərhələ adlamağı bacarıblar.

Millimizin hücumçusu Renat Dadaşovun komandası "Vulverhempton" səfərdə "Espanyol"a yenilsə də, ilk matçdakı böyükhesablı qələbə ingilisləri növbəti mərhələyə daşıyıb. Maraq doğuran məqamlardan biri Portuqaliyanın bu turnirdəki hər 3 təmsilçisi - "Sportinq", "Portu" və "Benfika"nın avrokuboklarla vidalaşması olub.

Turun sensasiyası Londonda qeydə alınıb. Səfərdə "Olimpiakos" üzərində qələbə qazanan "Arsenal" doğma arenasında gözlənilmədən məğlub olub. Yunanlar oyuna əlavə edilmiş 30 dəqiqənin sonunda fərqlənərək, sensasiyaya imza atıblar. 

Beləliklə, "Reyncers"dən sonra “Roma”, “Volfsburq”, LASK, “Bazel”, “Bayer”, “Vulverhempton”, “Başakşəhər”, "Kopenhagen", "Mançester Yunayted", "Şaxtyor", "İnter", "Sevilya", "Xetafe" və "Olimpiakos" mübarizəni davam etdiriblər.

“Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya) oyunu isə fırtına səbəbindən təxirə salınıb. Fevralın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matçda almanlar 4:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 28-də, oyunları isə martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/16 final, cavab oyunları
27 fevral

21:55. “Gent” (Belçika) - “Roma” (İtaliya) - 1:1
David, 25 - Klyuvert, 29
İlk oyun – 0:1
21:55. “Malmö” (İsveç) - “Volfsburq” (Almaniya) - 0:3
Brekalo, 42; Gerhard, 65; Joao Viktor, 69
İlk oyun – 1:2
21:55. LASK (Avstriya) - “Alkmar” (Hollandiya) - 2:0
Raquz, 44 (pen.), 50
İlk oyun – 1:1
21:55. “Bazel” (İsveçrə) - APOEL (Kipr) - 1:0
Fray, 38 (pen.)
İlk oyun – 3:0
21:55. “Portu” (Portuqaliya) - “Bayer” (Almaniya) - 1:3
Mareqa, 65 - Alario, 10; Demirbay, 50; Haverts, 58
İlk oyun – 1:2
21:55. “Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə) - 3:2
Kalyeri, 16, 57 (pen.), 90+1 - Traore, 22; Doherti, 79
İlk oyun – 0:4
21:55. “Başakşəhər” (Türkiyə) - “Sportinq” (Portuqaliya) - 4:1
Şkrtel, 31; Aleksiç, 45; Viska, 90+2, 119 (pen.) - Vyetto, 68
İlk oyun – 1:3
00:00. “Benfika” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) - 3:3
Pizzi, 9; Dias, 36; Silva, 47 - Dias, 12 (avtoqol); Stepanenko, 49; Patrik, 71
İlk oyun – 1:2
00:00. “İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) - 2:1
Biraqi, 32; Lukaku, 45+4 - Oliveyra-Souza, 26
İlk oyun – 2:0
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika) - 5:0
Fernandes, 27 (pen.); İqalo, 34; Maktomine, 41; Fred, 82, 90+3
İlk oyun – 1:1
00:00. “Sevilya” (İspaniya) - ÇFR (Rumıniya) - 0:0
İlk oyun – 1:1
00:00. “Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka) - 1:3
Eduard, 82 (pen.) - Santos, 51; Biel, 85; Ndoye, 88
İlk oyun – 1:1
00:00. “Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya) - 2:1
Danilo, 10; Olivera, 63 (avtoqol) - Mata, 5
İlk oyun – 0:2
00:00. “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) - 1:2
Obameyanq, 113 - Sisse, 53; əl-Arabi, 119
İlk oyun – 1:0

ApaSport

Digər xəbərlər

Arxiv

date