Avropa Liqasının rekordu təkrarlanıb

Avropa Liqasının rekordu təkrarlanıb
  • Clock-gray 09:32
  • calendar-gray 07 Avqust 2020

İspaniyanın “Sevilya” klubu Avropa Liqasının rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 1/8 final mərhələsində “Roma”nı 2:0 hesabı ilə məğlub edib.

Bu, “Sevilya”nın Avropa Liqası tarixində 39-cu qələbəsi olub. İspaniyalılar turnirdə ən çox qələbə qazanan komanda adına şərik çıxıb. Bunadək mütləq rekord Avstriyanın “Zalsburq” klubuna məxsus idi.

Qeyd edək ki, “Sevilya” 1/4 finalda “Vulverhempton”la qarşılaşacaq.

ApaSport

Digər xəbərlər