Avstriya klubu məşqə tez başladığı üçün xalları silinib

Avstriya klubu məşqə tez başladığı üçün xalları silinib
  • Clock-gray 23:33
  • calendar-gray 28 May 2020

Avstriya klubu LASK-ın karantin qaydalarını pozması baha başa gəlib.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası bu səbəbdən komandanın xallarını silib.

Klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Bundesliqanın lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq koronavirus pandemiyası dönəmində hamıdan erkən kiçik qruplar şəklində məşqlərə başlayıb. Bunun haqsız rəqabətə yol açacağı qənaətinə gələn yerli federasiya LASK-a tarixi cəza kəsərək, 12 xalını silib. Klub həmçinin 75 min avro məbləğində cərimələnib.

54 xalla turnir cədvəlinə başçılıq edən və ən yaxın izləyicisi "Zalsburq"u 6 xal qabaqlayan Linz təmsilçisi verilən cəzadan sonra turnir cədvəlində ikinci pilləyə yuvarlanıb. 

ApaSport

Digər xəbərlər