Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilər

Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilər
  • Clock-gray 10:48
  • calendar-gray 30 İyun 2020

UEFA Millətlər Liqasının 2020/21 mövsümü və payıza planlaşdırılan yoldaşlıq görüşlərinə azarkeşlər buraxıla bilər.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın Tibbi Komitəsinin rəhbəri Tim Meyer deyib.

Onun sözlərinə görə, yarışlar UEFA qaydalarına uyğun keçiriləcək. Meyer bildirib ki, milli komandaların oyunları zamanı azarkeşlərin stadiona buraxılıb-buraxılmaması məsələsi ilə bağlı UEFA yaxın vaxtlarda son qərarını verəcək.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasıda C liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq. Qarşılaşmalar sentyabr-noyabr aylarında baş tutacaq.

ApaSport

Digər xəbərlər