Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib

Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib
  • Clock-gray 10:37
  • calendar-gray 13 Fevral 2020

Martın 23-də təlim-məşq toplanışı üçün Maltaya yollanacaq Azərbaycan millisinin ilk yoldaşlıq matçının məkanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komandamız həmin ayın 26-da Lixtenşteynlə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşma “Hibernians” stadionunda keçiriləcək. Paola şəhərində yerləşən arena təxminən 3000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, martın 31-dək Maltada hazırlıq keçəcək millimiz ayın 30-da yerli yığma ilə yoldaşlıq görüşündə qarşılaşacaq.

ApaSport

Digər xəbərlər

Arxiv

date