“Barselona” klubu futbolçusu ilə vidalaşıb, yeni müdafiəçi alıb

“Barselona” klubu futbolçusu ilə vidalaşıb, yeni müdafiəçi alıb
  • Clock-gray 09:50
  • calendar-gray 23 Sentyabr 2020

İspaniyanın “Barselona” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

 

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nelson Semedo da karyerasını başqa komandada davam etdirəcək.

 

Portuqaliya millisinin üzvü sosial şəbəkə vasitəsilə kataloniyalılarla vidalaşıb. Semedonun yeni komandasının adı açıqlanmasa da, onun İngiltərə təmsilçisi “Vulverhempton”a keçdiyi bildirilir. Yayılan məlumata əsasən, 27 yaşlı sağ cinah oyunçusu Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayacaq.

 

“Barselona” Semedonun gedişi ilə müdafiənin sağ cinahında yaranan boşluğu artıq doldurub. La Liqa klubu Niderland “Ayaks”ının 20 yaşlı amerikalı oyunçusu Serjino Desti heyətinə qatıb. Bu transfer 25 milyon avroya başa gəlib. Futbolçunun çıxışına əsasən, amsterdamlılar daha 5 milyon avro qazana bilərlər.

 

Qeyd edək ki, Nelson Semedo “Barselona”ya 2017-ci ildə “Benfika”dan (Portuqaliya) keçib. Dest isə “Ayaks”ın yetirməsidir və 2019-cu ildən əsas komandada çıxış edir.

 

apa-logo-mini

Digər xəbərlər