“Barselona”nın futbolçusu koronavirusa yoluxub

“Barselona”nın futbolçusu koronavirusa yoluxub
  • Clock-gray 13:14
  • calendar-gray 12 Avqust 2020

“Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Covid-19 testi verən oyunçulardan birinin nəticəsi pozitiv çıxıb. Adı açıqlanmayan futbolçu, həmçinin onunla təmasda olanlar dərhal karantinə alınıb. Klubdan bildirilib ki, həmin futbolçu Çempionlar Liqasında mübarizə aparmaq üçün Lissabona getməyə hazırlaşan komandanın oyunçularından heç biri ilə təmasda olmayıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində avqustun 14-də “Bavariya” ilə qarşılaşacaq.

ApaSport

Digər xəbərlər