"Bavariya" Dieqo Simeoneyə uzunmüddətli müqavilə təklif edib

"Bavariya"  Dieqo Simeoneyə uzunmüddətli müqavilə təklif edib
  • Clock-gray 17:54
  • calendar-gray 24 Fevral 2020

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələn mövsümdən Almaniyada çalışa bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssisin xidmətində “Bavariya” maraqlıdır.

Hans-Diter Fliklə yayda yollarını ayırmağı planlaşdıran Bundesliqa təmsilçisi komandanı məhz Simeoneyə həvalə etmək niyyətindədir. Almanlar Madrid klubundan ayrılmaq barədə düşünən 50 yaşlı mütəxəssislə danışıqlara artıq start veriblər. “Bavariya” ona uzunmüddətli müqavilə təklif edib.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Dieqo Simeonenin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.

ApaSport

Digər xəbərlər

Arxiv

date