“Benevento” yenidən A seriyasına vəsiqə qazanıb

“Benevento” yenidən A seriyasına vəsiqə qazanıb
  • Clock-gray 10:12
  • calendar-gray 30 İyun 2020

İtaliya A seriyasına ilk vəsiqənin sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Benevento” yenidən güclülər liqasında çıxış edəcək.

Filippo İnzaqinin baş məşqçisi olduğu komanda bu hüquqa XXXI turda yiyələnib. “Yuve Stabiya”ya 1:0 hesabı ilə qalib gələn Beneventonun eyniadlı təmsilçisi xal hesabını 76-ya çatdırıb. Bununla da ən yaxın izləyicisi “Krotone”dən 24 xal uzaqlaşan İnzaqinin yetirmələri həm 1-ci yeri, həm A seriyasına vəsiqəni sona 7 tur qalmış təmin ediblər.

Qeyd edək ki, tarixində ikinci dəfə A seriyasında oynayacaq “Benevento” 2017/18 mövsümündəki debütündə sonuncu yeri tutaraq yenidən aşağı dəstəyə yuvarlanıb.

ApaSport

Digər xəbərlər