"Beşiktaş" Yan Vertongeni transfer etmək istəyir

"Beşiktaş" Yan Vertongeni transfer etmək istəyir
  • Clock-gray 10:39
  • calendar-gray 02 İyul 2020

"Tottenhem"in müdafiəçisi Yan Vertongen daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, "Beşiktaş" ulduz futbolçunu Türkiyəyə gətirmək niyyətindədir.

33 yaşlı oyunçunun London klubu ilə müqavilə müddətinin başa çatması İstanbul nəhəngini keçidə ümidləndirir. "Ağ-qaralar"ın baş məşqçisi Sərgən Yalçın da rəhbərlikdən onun alınmasını istəyib. Ancaq onu heyətinə qatmaq istəyən daha bir neçə klub var. "Beşiktaş" Belçika millisinin üzvü ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Yan Vertongen 2012-ci ildən "Tottenhem"ə çıxış edir.

ApaSport

Digər xəbərlər