"Betis" Manuel Pelleqrini ilə anlaşıb

"Betis" Manuel Pelleqrini ilə anlaşıb
  • Clock-gray 16:01
  • calendar-gray 06 İyul 2020

 

Baş məşqçi axtarışında olan "Betis" Manuel Pelleqrini ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi çilili mütəxəssisi mövsümün sonunda komandanın sükanı arxasına gətirəcək.

Tərəflər 2+1 illik müqavilədə ortaq məxrəcə gəliblər. Pelleqrini 5 milyon avro nəğd maaş alacaq və rəhbərlik yüksək məbləğdə transfer büdcəsi ayıracaq. "Fənərbaxça" və "Valensiya"nın təklifini qəbul etməyən 67 yaşlı çalışdırıcı mövsüm başa çatdıqdan sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Betis"i hazırda müvəqqəti olaraq Aleksis Truxilyo çalışdırır. Komanda 34 turdan sonra 38 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

ApaSport

Digər xəbərlər