“Böyük beşliy”in ən yaxşı futbolçuları açıqlanıb

“Böyük beşliy”in ən yaxşı futbolçuları açıqlanıb
  • Clock-gray 10:21
  • calendar-gray 07 Aprel 2020

Futbol üzrə “Böyük beşlik” liqalarında ən yaxşılar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın “The Score” nəşri koronavirus pandemiyası üzündən dayandırılan liqalarda ən yaxşı futbolçu və ən çox inkişafa nail olan oyunçunu müəyyənləşdirib.

İngiltərə Premyer Liqasında Sadio Mane (“Liverpul”), İspaniya La Liqasında Lionel Messi (“Barselona”) ən yaxşı futbolçu adına layiq görülüb. Almaniya Bundesliqasında Robert Levandovski (“Bavariya”), İtaliya A seriyasında Yosip İliçiç (“Atalanta”), Fransa Liqa1-də Anxel Di Mariya (PSJ) fərqləndirilib.

Adam Traore (“Vulverhempton”) Premyer Liqada, Mikel Merino (“Real-Sosyedad”) La Liqada, Suat Serdar (“Şalke”) Bundesliqada, Kris Smollinq (“Roma”) A seriyasında, Aleksandr Qolovin (“Monako”) Liqa1-də ən çox inkişaf edən oyunçu sayılıb.

ApaSport

Digər xəbərlər