Bundesliqada mövsümün start vaxtı açıqlanıb

Bundesliqada mövsümün start vaxtı açıqlanıb
  • Clock-gray 17:08
  • calendar-gray 10 İyul 2020

Almaniya Bundesliqasında yeni mövsümün start vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü sentyabrın 18-də başlayacaq.

Çempionat 2021-ci il mayın 22-də başa çatacaq. Qış fasiləsi dekabrın 18-21-də keçiriləcək XIII tur və kubokun ikinci mərhələsindən sonraya təsadüf edəcək. Almaniya Superkubokunun qalibi isə sentyabrın 30-da bəlli olacaq.

Qeyd edək ki, iyunun 27-də başa çatan 2019/20 mövsümündə çempion adını “Bavariya” qazanıb.

ApaSport

Digər xəbərlər