Canluici Buffon İtaliya çempionatları tarixinə düşüb

Canluici Buffon İtaliya çempionatları tarixinə düşüb
  • Clock-gray 22:50
  • calendar-gray 04 İyul 2020

“Yuvantus”un futbolçusu Canluici Buffon İtaliya çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, A seriyasının XXX turunun “Torino” ilə görüşü təcrübəli qapıçının çempionatda 648-ci matçı olub.

Bununla da Buffon “Milan”ın əfsanəsi Paolo Maldinini (647) keçərək rekordçu olub. 3-cü göstərici isə “Roma”nın əfsanəsi Françesko Tottiyə məxsusdur – 618.

Bu qarşılaşma daha iki hadisə ilə əlamətdar olub. Buffonun komanda yoldaşı Leonardo Bonuççi “Yuventus”da bütün turnirlər nəzərə alınmaqla 400-cü matçını keçirib.

4:1 hesablı qələbəyə qolla töhfə verən Ronaldo mövsümdə 25-ci dəfə fərqlənib. “Yuventus”un heyətində A seriyasında bir mövsümə 25 və daha çox qolun vurulmasına sonuncu dəfə 1961-ci ildə təsadüf olunub. 59 il öncə bunu Omar Sivori bacarıb.

ApaSport

Digər xəbərlər