“Çelsi” transferlərə 100 milyon funt-sterlinq ayırıb

“Çelsi” transferlərə 100 milyon funt-sterlinq ayırıb
  • Clock-gray 10:06
  • calendar-gray 03 İyun 2020

“Çelsi” növbəti mövsüm üçün transfer planlarını hazırlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “transfer pəncərə”sində 100 milyon funt-sterlinq xərcləməyi planlaşdırır.

Klub rəhbərliyi oyunçu keçidləri üçün məhz bu qədər pul xərcləmək fikrindədir. Baş məşqçi Frenk Lempard da buna uyğun siyahı müəyyənləşdirib. Gənc mütəxəssis Dortmund “Borussiya”sından Ceydon Sanço, “Leypsiq”dən Timo Verner və “Lester”dən Ben Çilvelli ixtiyarında görmək niyyətindədir. “Zadəganlar” oyunçu satışından əldə ediləcək gəliri də yeni transferlərə xərcləyəcək.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 29 turdan sonra 4-cü pillədə (48 xal) qərarlaşır.

ApaSport

Digər xəbərlər