Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşib

Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşib
  • Clock-gray 01:01
  • calendar-gray 09 Avqust 2020

Çempionlar Liqasında 1/4 final mərhələsinin cütlərinin tərkibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.

Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.

Çempionlar Liqası
1/4 final
12 avqust

“Atalanta” (İtaliya) - PSJ (Fransa)
13 avqust
“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)
14 avqust
“Barselona” (İspaniya) -“Bavariya”(Almaniya)
15 avqust
“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa)

ApaSport

Digər xəbərlər