Eden Azar AVRO-2020-ni buraxa bilər

Eden Azar AVRO-2020-ni buraxa bilər
  • Clock-gray 16:35
  • calendar-gray 24 Fevral 2020

“Real”ın hücumçusu Eden Azar Avropa çempionatını buraxa bilər.

Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Roberto Martines deyib.

47 yaşlı mütəxəssis yenidən zədələnən 29 yaşlı oyunçunun durumuna görə narahatlıq keçirdiyini söyləyib: “Real”ın tibbi personalı ilə çox yaxşı əlaqələrimiz var. Edenə görə narahatıq. Təəssüf ki, “Levante” ilə çempionat matçında yenidən zədələndi və ən azı daha 3 ay futbol oynaya bilməyəcək. Ancaq onun kimi futbolçu daim oynamalıdır”.

Qeyd edək ki, Azar zədə səbəbindən bu mövsüm La Liqanın cəmi 10 matçında iştirak edib. Belçika yığması AVRO-2020-də Danimarka, Finlandiya və Rusiya ilə B qrupunda mübarizə aparacaq.

ApaSport

Digər xəbərlər

Arxiv

date