"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlanıb - YENİLƏNİB

"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlanıb - YENİLƏNİB
  • Clock-gray 21:24
  • calendar-gray 25 Mart 2020

"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Maks Kruzedə bu xəstəliyin əlamətləri aşkarlanıb.

Bu gün keçirilən müayinədən sonra 32 yaşlı oyunçunun testlərinin nəticəsi müsbət çıxıb və o, xəstəxanaya aparılıb. Almaniya millisinin üzvünün müalicəsinə artıq başlanılıb.

Qeyd edək ki, "Fənərbaxça"nın bir həkimi də koronavirusa yoluxduğu üçün xəstəxanada karantinə alınıb.

***

Saat. 19:20

"Qalatasaray", "Trabzonspor" və "Beşiktaş"dan sonra "Fənərbaxça" futbolçuları da tibbi müayinədən keçirilib.

Apasport.az saytının məlumatına görə, bu gün klubun bazasındakı testlərdən sonra iki nəfərdə koronavirus pandemiyasının əlamətləri aşkarlanıb.

Adlar gizli saxlanılsa da, İstanbul təmsilçisi bir futbolçu və bir həkimdə xəstəliyin əlamətlərinin üzə çıxdığını açıqlayıb. Bu üzdən həmin iki şəxs karantinə alınıb.

Həmçinin "sarı-lacivərdlilər"in basketbol komandasının da 6 üzvündə bu infeksiyaya rast gəlinib.

Qeyd edək ki, buna qədər "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terimdə koronavirus xəstəliyi müəyyənləşib.

ApaSport

Digər xəbərlər