Futbol üzrə Serbiya çempionu bəlli olub

Futbol üzrə Serbiya çempionu bəlli olub
  • Clock-gray 00:34
  • calendar-gray 30 May 2020

Avropanın daha bir ölkəsində koronavirus pandemiyası üzündən dayanan futbol mövsümü bərpa olunub.

Apasport.az saytının məlumatına görə, Serbiya çempionatının bərpası qızıl medalların taleyinin həll olunması ilə nəticələnib.

XXVII turun qarşılaşmasında “Rad”a 5:0 hesabı ilə qalib gələn “Srvena Zvezfda” çempionluğu təmin edib. Mövsümün sonuna üç tur qalmış xal hesabını 72-yə çatdıran Belqrad təmsilçisi izləyiciləri üçün əlçatmaz olub. Aktivində 26 matç olan “Partizan” 58 xal toplayıb.

Əvvəlki illərdə Super Liqada müntəzəm çempionat pley-off oyunları ilə davam etdirilirdi. Lakin koronavirusa görə yarışın 30 turla kifayətlənməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Srvena Zvezda” ardıcıl 3-cü, tarixində 31-ci dəfə ölkə çempionu (əvvəl Yuqoslaviya, sonra Serbiya və Monteneqro, indi Serbiya) olub.

ApaSport

Digər xəbərlər