“Hoffenhaym” qələbə, autsayder xal qazanıb

“Hoffenhaym” qələbə, autsayder xal qazanıb
  • Clock-gray 00:25
  • calendar-gray 28 May 2020

Almaniya Bundesliqasında XXVIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 5 matç keçirilib.

Mükafatlar uğrunda mübarizə aparan “Leypsiq” “Herta”nı qəbul edib. Dörd qolun vurulduğu qarşılaşma məhsuldar heç-heçə ilə nəticələnib.

Daha iki görüşdə qalib müəyyənləşməyib. “Auqsburq” autsayder “Paderborn”la, “Union” “Mayns”la sülhə imza atıb.

Turnir cədvəlindəki qonşular “Hoffenhaym” və “Köln” arasında matç da məhsuldar alınıb. Meydan sahibləri 3 xal qazanmaqla avrokubok zonasına yaxınlaşıb.

“Fortuna” “Şalke”ni qəbul edib. Düsseldorf təmsilçisi əzmkar qələbə əldə edib.

Qeyd edək ki, növbəti turun oyunları mayın 29-dan iyunun 1-dək keçiriləcək.

Almaniya Bundesliqası
XXVIII tur
27 may
“Leypsiq” – “Herta” – 2:2

Klosterman, 24, Şik, 68 – Qrujiç, 9, Pyatek, 82 (pen.)
“Auqsburq” – “Paderborn” – 0:0
“Fortuna” – “Şalke” – 2:1

Henninqs, 63, Karaman, 68 – Makkenni, 53
“Hoffenhaym” – “Köln” – 3:1
Baumqartner, 11, 46, Zuber, 49 – Kayns, 60
“Union” – “Mayns” – 1:1
İnqvartsen, 33 – Baku, 13

1

 Bavariya

28

20

4

4

81-28

64

2

 Borussiya D

28

17

6

5

74-34

57

3

 Leypsiq

28

15

10

3

70-29

55

4

 Borussiya M

28

16

5

7

53-34

53

5

 Bayer

28

16

5

7

53-36

53

6

 Volfsburq

28

11

9

8

40-34

42

7

 Hoffenhaym

28

11

6

11

39-48

39

8

 Frayburq

28

10

8

10

38-40

38

9

 Şalke

28

9

10

9

34-45

37

10

 Herta

28

9

8

11

41-50

35

11

 Köln

28

10

4

14

44-52

34

12

 Auqsburq

28

8

7

13

40-54

31

13

 Union

28

9

4

15

33-48

31

14

 Ayntraxt

27

8

5

14

44-52

29

15

 Mayns

28

8

4

16

37-61

28

16

 Fortuna

28

6

9

13

31-53

27

17

 Verder

27

5

7

15

29-59

22

18

 Paderborn

28

4

7

17

31-55

19

ApaSport

Digər xəbərlər