İlin bombardirləri açıqlanıb

İlin bombardirləri açıqlanıb
  • Clock-gray 12:50
  • calendar-gray 31 Mart 2020

2020-ci ilin ilk üç ayının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) arxada qalan müddətdə beynəlxalq oyunlarda ən çox qol vuranların cədvəlini tərtib edib.

Milli komanda və klub səviyyəli qitə kuboklarında 3 və daha çox qol vuranların cədvəlində 34 futbolçu yer alıb. Siyahıya mərakeşli Karim El Berkaoui başçılıq edir. O, “Hassania Aqadir” klubunda 7 qola imza atıb.

Uruqvaylı Martin Bueno Yeni Zelandiyanın “İstern Suburbs” klubunda vurduğu 6 qolla cədvəldə 2-cidir. 3-cü pillənin iki sahibi var. İtaliya “Atalanta”sında 5 qol vuran sloveniyalı Yosip İliçiç və Filippin təmsilçisi “Çeres”də eyni sayda fərqlənən ispaniyalı Bienve Morexon eyni göstəriciyə malikdir.

Qeyd edək ki, Azərbaycan komandaları 2020-ci ildə heç bir beynəlxalq oyun keçirmədiyindən təmsilçilərimiz qol sevinci yaşamayıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date