İngiltərə Premyer Liqası klubları 5 əvəzetmədən imtina ediblər

İngiltərə Premyer Liqası klubları 5 əvəzetmədən imtina ediblər
  • Clock-gray 17:52
  • calendar-gray 06 Avqust 2020

İngiltərə Premyer Liqası klubları ümumi toplantıda 2020/21 mövsümündə VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.

Apasport.az saytının məlumatına görə, üç əvəzetmədən istifadə qaydasına qayıtmaq barədə qərar qəbul olunub.

Sifariş olunan ehtiyat oyunçuların sayı isə maksimum 7 nəfər ola bilər. Yəni komandalar hər görüşə 18 futbolçu sifariş edəcək.

Əksər iştirakçılar hesab edir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra tətbiq olunan 5 əvəzetmə qaydası böyük klubların işinə yarayır. İclasda həmçinin VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadəsi qərara alınıb.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasını tətbiq olunma müddətini növbəti mövsümün sonuna qədər uzatsa da, hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.

ApaSport

Digər xəbərlər