İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu adına namizədlər müəyyənləşib

İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu adına namizədlər müəyyənləşib
  • Clock-gray 14:57
  • calendar-gray 07 Avqust 2020

İngiltərə Premyer Liqası ötən mövsümün futbolçusu adlına namizədləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 7 futbolçu yer alıb.

Onlardan üçü 30 ildən sonra çempion olan “Liverpul”u təmsil edir. Bunlar Trent Aleksander-Arnold, Cordan Henderson, Sadio Manedir. Siyahıda həmçinin Kevin De Breyne (“Mançester Siti”), Denni İnqs (“Sauthempton”), Nik Poul (“Bernli”), Ceymi Vardi (“Lester”) yer alıblar.

Qeyd edək ki, jurnalistlər versiyasına əsasən mövsümün ən yaxşısı Henderson seçilib.

ApaSport

Digər xəbərlər