İngiltərə Premyer Liqasında qış fasiləsi olmayacaq

İngiltərə Premyer Liqasında qış fasiləsi olmayacaq
  • Clock-gray 23:31
  • calendar-gray 13 Avqust 2020

İngiltərə Premyer Liqasının 2020/21 mövsümünün təqvim layihəsi təqdim edilib.

Apasport.az-ın Premyer Liqanın rəsmi saytına istinadən məlumatına görə, mövsümə sentyabrın 12-də start veriləcək.

Son turun qarşılaşmaları isə gələn il mayın 23-də baş tutacaq. 380 matçdan ibarət olan mövsümün cədvəli 21 avqustdan gec olmayaraq dərc ediləcək. Koronavirus pandemiyası səbəbindən yaranmış təqvim sıxlığını nəzərə alan təşkilatçılar qış fasiləsinə ehtiyac duymayıblar. Komandalar yalnız gələn ilin fevralında 2 həftəlik istirahət edə biləcəklər.

Ümumilikdə mövsümün təqvimində standart cədvəllə müqayisədə 5 həftəlik sıxılma olacaq. Bu da 2019/20 mövsümünün gec başa çatması ilə əlaqədardır.

ApaSport

Digər xəbərlər