İspaniya La Liqasının oyunları yayda keçirilə bilər

İspaniya La Liqasının oyunları yayda keçirilə bilər
  • Clock-gray 23:51
  • calendar-gray 30 Mart 2020

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Primera və Sequndanın iştirakçısı olan 42 klubun rəhbərləri ilə videokonfrans keçirib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsümün davam etdirilməsi planları müzakirə olunub.

Müxtəlif ssenarilər barədə müzakirələr zamanı La Liqa rəhbərliyi indiki vəziyyətin ürəkaçan olmamasına baxmayaraq, mövsümü davam etdirmək istəyini gizlətməyib. İndiki durumda ən prioritet variant oyunların yayda bərpa edilməsidir. Lakin bəzi klublar buna da nikbin yanaşmayıb.

Qeyd edək ki, İspaniyada peşəkar futbol martın 23-dən tamamilə dayandırılıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date