“Keşlə” Tərlan Əhmədovla müqaviləni uzatmayıb

“Keşlə” Tərlan Əhmədovla müqaviləni uzatmayıb
  • Clock-gray 14:38
  • calendar-gray 08 Avqust 2020

Bakının “Keşlə” klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı klubun Müşahidə Şurası verib.

Bu gün keçirilən iclasda baş məşqçi ilə müqavilənin uzadılmamasına qərara alınıb. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Qeyd edək ki, “Keşlə” Əhmədovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib.

ApaSport

Digər xəbərlər