"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib

"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
  • Clock-gray 12:26
  • calendar-gray 10 İyul 2020

"Keşlə" daha bir futbolçu ilə bağlı qərarını verib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Aleksandr Kristovao ilə yeni müqavilə imzalanıb.

Paytaxt təmsilçisi anqolalı forvardla sözləşmə müddətini yeniləyib. Anlaşmanın şərtlərinə əsasən, 27 yaşlı futbolçu növbəti mövsümün sonunadək qəsəbə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Keşlə" buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddətini artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyevi isə transfer edib.

 

ApaSport

Digər xəbərlər