Klub prezidenti: "Adeniyi “Qəbələ”yə geri dönəcək, daha sonra necə olacağını zaman göstərəcək"

Klub prezidenti: "Adeniyi “Qəbələ”yə geri dönəcək, daha sonra necə olacağını zaman göstərəcək"
  • Clock-gray 10:02
  • calendar-gray 22 May 2020

“Adeniyi əməliyyat olunmuşdu, hazırda individual şəkildə bərpa dövrü keçir”.

Bunu apasport.az saytına “Qəbələ”nin prezidenti Fariz Nəcəfov icarə əsasında İsrailin “Kiryat-Şmona” klubunun formasını geyinən futbolçuları Ceyms Adeniyi barədə danışarkən deyib.

Klub prezidenti nigeriyalı hücumçunun mövsümün sonunda komandaya qayıdacağını söyləyib. Lakin 28 yaşlı oyunçunun “Qəbələ”də qalıb-qalmayacağı hələ bəlli deyil: “İsraildə komandalar məşqlərə başlayıblar və çempionatın bərpası ilə bağlı qərarı gözləyirlər. Ceyms təxminən 3 həftə sonra kollektivlə məşqlərə qoşula bilər. Bu, İsrail klubunun həkimlərinin verdiyi məlumatdır. Futbolçunun “Qəbələ” ilə bağlı məsələsinə gəlincə, vəziyyət ona olan təkliflərdən asılıdır. Təbii ki, yeni mövsüm ərəfəsində Adeniyi “Qəbələ”yə geri dönəcək, daha sonra necə olacağını isə zaman göstərəcək”.

Qeyd edək ki, Ceyms Adeniyinin “Qəbələ” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

ApaSport

Digər xəbərlər