Kriştianu Ronaldo "Yuventus"da qalacaq

Kriştianu Ronaldo "Yuventus"da qalacaq
  • Clock-gray 17:11
  • calendar-gray 13 İyul 2020

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo komandada qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilir ki, bir ara Turin klubunu tərk edəcəyi ilə bağlı söz-söhbət gəzən portuqaliyalı superulduz hazırkı komandasındakı gələcəyinə şübhə etmir. 35 yaşlı forvard "qoca sinyora" ilə uğur qazanmağa köklənib, xüsusən də, "Qızıl buts" qazanmaq arzusundadır.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

ApaSport

Digər xəbərlər