"Liverpul" və "Mançester Siti" asan qələbə qazanıb

"Liverpul" və "Mançester Siti" asan qələbə qazanıb
  • Clock-gray 01:11
  • calendar-gray 09 İyul 2020

İngiltərə Premyer Liqasında XXXIV turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Avrokuboka vəsiqə ümidini itirməyən "Nyukasl" ikinci pillənin sahibi "Mançester Siti" önündə darmadağına məruz qalıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yenə iştirak ərizəsinə salınmadığı matçda "Vulverhempton" "Şeffild Yunayted"ə uduzub.

Çempion "Liverpul" isə "Brayton" səfərində 3 xalı çətinlik çəkmədən əldə edib.

Turun qalan matçları iyulun 9-da keçiriləcək.

İngiltərə Premyer Liqası
XXXIV tur
8 iyul
"Mançester Siti" - "Nyukasl" - 5:0

Qabriel Jezuş, 10; Mahrez, 21; Fernandes, 58 (avtoqol); David Silva, 65; Sterlinq, 90+1
"Şeffild Yunayted" - "Vulverhempton" - 1:0
Eqan, 90+3
"Vest Hem" - "Bernli" - 0:1
Rodriges, 38
"Brayton" - "Liverpul" - 1:3
Trossard, 45 - Salah, 6, 76; Henderson, 8

1.

Liverpul

34

30

2

2

75:26

92

2.

Mançester Siti

34

22

3

9

86:34

69

3.

Çelsi

34

18

6

10

63:46

60

4.

Lester

34

17

8

9

64:32

59

5.

Mançester Yunayted

33

15

10

8

56:33

55

6.

Vulverhempton

34

13

13

8

45:37

52

7.

Şeffild Yunayted

34

13

12

9

35:33

51

8.

Arsenal

34

12

14

8

50:42

50

9.

Bernli

34

14

7

13

38:46

49

10.

Tottenhem

33

13

9

11

52:44

48

11.

Everton

33

12

8

13

40:48

44

12.

Sauthempton

33

13

4

16

42:55

43

13.

Nyukasl

34

11

10

13

35:50

43

14.

Kristal Pelas

34

11

9

14

30:43

42

15.

Brayton

34

8

12

14

36:47

36

16.

Vest Hem

34

8

7

19

40:59

31

17.

Uotford

34

7

10

17

31:53

31

18.

Aston Villa

33

7

6

20

36:62

27

19.

Bornmut

33

7

6

20

32:59

27

20.

Norviç

34

5

6

23

26:63

21

ApaSport

Digər xəbərlər