"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək

"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
  • Clock-gray 16:18
  • calendar-gray 15 Fevral 2020

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər"in iki illik avrokubok cəzası ləğv olunmasa, ispaniyalı mütəxəssis yayda başqa kluba keçəcək.

49 yaşlı çalışdırıcı artıq ilk təklifini də alıb. Mauritsio Sarrinin fəaliyyətindən məmnun olmayan "Yuventus" rəhbərliyi Qvardiola ilə danışığa başlayıb. Ancaq onun "Barselona", "Bavariya" və PSJ-nin də diqqət mərkəzində olması italyanların işini çətinləşdirir.

Qeyd edək ki, Pep Qvardiola özü Çempionlar Liqasını qazanmayacaqları təqdirdə ayrılacağını istisna etməyib.

 

ApaSport

Digər xəbərlər

Arxiv

date