"Mançester Siti"nin sahibi Rusiyada klub almaq istəyir

"Mançester Siti"nin sahibi Rusiyada klub almaq istəyir
  • Clock-gray 17:53
  • calendar-gray 14 İyul 2020

"Mançester Siti"nin səhmlərinə sahib olan "City Football Group" şirkəti Rusiyadan klub almaq fikrindədir.

Apasport.az saytının məlumatına görə, şirkət "Soçi"nin səhmlərinin bir hissəsini almaq üçün danışıqlara başlayıb.

"City Football Group"un nümayəndələri Premyer Liqa təmsilçisinin sahibi Boris Rotenberqlə bir araya gəlib. Görüşdə Rotenberqlə əməkdaşlıq edən "Qazprom" şirkətinin nümayəndələri də iştirak edib.

"City Football Group" "Mançester Siti" ilə bağlı yaranmış problemi həll etdikdən sonra "Soçi"nin səhmlərini almaq üçün son görüşünü keçirəcək.

Qeyd edək ki, "Soçi" Rusiya Premyer Liqasında 16 komanda arasında 12-ci pillədə qərarlaşır.

ApaSport

Digər xəbərlər